Amerikalı alim ADNSU-nun innovasiya fəaliyyəti ilə tanış olub

Amerikalı alim ADNSU-nun innovasiya fəaliyyəti ilə tanış olub

Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ABŞ-ın Vircinya Dövlət Universitetinin keçmiş rektoru Keyt T. Miller ilə universitetin İntellektual Mülkiyyətin İdarəetmə Mərkəzinin komandası ilə görüşüb. Unuversitetdən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi universitetin innovasiya fəaliyyəti ilə tanışlıq, universitetlə biznes qurumları arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılması və univesitetlərin əməkdaşları tərəfindən aparılmış elmi-tədqiqatlardan əldə olunan nəticələrinin transferi barədə məlumat vermək olub.

Görüşdə universitetdə ixtiraçılığın və patent işinin metodologiyası və bununla da patent müraciətlərinin düzgün rəsmiləşdirməsi proseduru müzakirə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə