Təhsil naziri valideyn və müəllimlərlə görüşüb

Təhsil naziri valideyn və müəllimlərlə görüşüb
Bu gün təhsil naziri Misir Mərdanov Bakıdakı 299 saylı məktəb-liseydə tədris ocağının Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşüb. SİA-nın xəbərinə görə, öncə təhsil müəssisəsi ilə tanış olan nazir sinif otaqları, kitabxana, idman zalına baxıb, müəllim və şagirdlərlə söhbət edib.

Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşündə ölkədə aparılan təhsil islahatları, yeni məktəb tikintisi və təhsil ocaqlarının təmiri barədə söz açan M.Mərdanov valideynlərin məktəblə yaxından əlaqə saxlamasının əhəmiyyətini vurğulayıb. Bu baxımdan 299 saylı məktəb-liseydə xüsusi fəallığın hiss olunduğunu qeyd edən nazir məktəbin Valideyn-Müəllim Assosiasiyasının işindən razılığını bildirib və müvafiq tövsiyələrini nəzərə çatdırıb.

Valideynlər və müəllimlər təhsil naziri Misir Mərdanova minnətdarlıqlarını bildirib, onları düşündürən bir sıra məsələlərlə bağlı təkliflərlə çıxış ediblər. 2008-ci ildə əsaslı təmir olunmuş və bir əlavə tədris korpusu istifadəyə verilmiş məktəbdə yaradılan şəraitdən razılığını bildirən nazir bundan sonra da təhsil ocağına zəruri köməklik göstəriləcəyini qeyd edib, pedaqoji kollektivə və Valideyn-Müəllim Assosiasiyasının üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə