Təhsil Nazirliyinin rəsmisi: “Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişməsi onların fəaliyyətinə çox böyük təsir göstərdi”

Təhsil Nazirliyinin rəsmisi: “Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişməsi onların fəaliyyətinə çox böyük təsir göstərdi”
Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişməsi onların fəaliyyətinə çox böyük təsir göstərdi. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili söbəsinin müdiri İlham Mustafayev məlumat verib. İ.Mustafayev bildirib ki, təhsil müəssisələrinin mütəxəssis hazırlayan ixtisaslar üzrə bütün standarları yenidən işlənib, fənlərin çeşidinə yenidən baxılıb, məzmunda köklü dəyişikliklər edilib. Onun sözlərinə görə, bundan əlavə, fənlərin sayı azalıb, bəzi interaktiv fənlər əmələ gəlib, semestr ərzində həftələrin sayı tənzimlənib və ali məktəbə uyğunlaşdırılıb: "Biz işi elə qurduq ki, orta ixtisas məktəblərindən, kollecdən ali məktəbə keçid zamanı varislik təmin edilsin. Çalışdıq ki, kolleclərin sonuncu kurs tələbləri ali məktəblərin birinci kurs tələbələrinin keçdikləri fənlərə uyğunlaşsın və onlar gələcəkdə qısaldılmış proqram əsasında təhsil alsınlar. Bir sözlə, ölkədə fəaliyyət göstərən bütün orta ixtisas məktəbləri və kolleclərin adları dəyişdirildi və bu proses tam olaraq başa çatdı".

Bütün xəbərlər Facebook səhifəmizdə