Təhsil Nazirliyinin şöbə müdiri: “Növbəti tədris ilində bütün ali məktəblər tam olaraq kredit sistemə keçəcəklər”

Təhsil Nazirliyinin şöbə müdiri: “Növbəti tədris ilində bütün ali məktəblər tam olaraq kredit sistemə keçəcəklər”
Hazırda ölkədəki ali məktəblərin çoxu kredit sisteminə tam, bir neçəsi isə yalnız müəyyən ixtisaslar üzrə keçib. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili söbəsinin müdiri İlham Mustafayev məlumat verib. O bildirib ki, növbəti tədris ilində yeni Təhsil Haqqında Qanuna əsasən bütün ali məktəblər tam olaraq bu sistemə keçəcəklər. Şöbə müdirinin sözlərinə görə, hazırda bununla bağlı ciddi işlər aparılır. İ.Msutafayev vurğulayıb ki, 2009-cu ildə qüvvəyə minən "Təhsil haqqında" qanunda da ali məktəblərdə tədris kredit sistemi əsasında həyata keçirilməsi öz əksini tapıb.

"2005-ci ildə boloniya prosesinə başladıqdan sonra 2007-ci ildən bu işə başlandı. Bunun eksperiment şəklində tətbiqinə başladıq. Ali məktəblərə tövsiyyə etdik və səlahiyyət verdik ki, özlərini bu işə hazır hesab edən zaman münasib bildikləri formada və həcmdə bu işə başlasınlar. Məsələn Bakı Dövlət Universiteti iki ixtisasdan başladı, sonra bütövlükdə bu sistemə keçdi. Neft Akademiyası kredit sisteminə cari il bütövlükdə keçib. İncəsənət təmayüllü ali məktəblər isə bu işə başlanıb. Amma bu məcburiyyətdir və bütün ali məktəblər buna keçəcək", - deyə o əlavə edib.

Şöbə müdiri kredit sisteminin tətbiqi zamanı hər bir fənn üzrə qoyulan məbləğin çox olması ilə bağlı məsələyə aydınlıq gətirib. O bildirib ki, bu məbləğ ödənilən hesaba əsasən nəzrədə tutulub: "Əgər 1 illik ödəniş 1500 manatdısa və 1 ildə tələbə 60 kredit yığmalıdırsa, onda məbləği 60-a bölərək kreditin ümumi həcminin nə qədər olduğunu alırıq. Məsələn, bir fəndən kreditin məbləği 50 manat olurdusa və fənnin özünə 4 kreditdir nəzərdə tutulubsa, o zaman 50-ni 4-ə vuraraq, bundən 200 manat veriləcəyi müəyyənləşii. Ödənişdən asılı olaraq bir kreditin məbləğini dəqiqləşdiririk. Tələbə illik pulunu verir və biz buna görə krediti müəyyəşdiririk. Ödənişsiz təhsil alan tələbələr isə 4 il müddətində kəsrlərini pulsuz ləğv edə bilərlər. Ancaq 4 ildən sonra onlar bu imtiyazlarını itirir və borcları qalıbsa, pul verib onları ləğv edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə