Azərbaycan Avropa Birliyinin eTwining Təhsil portalına qoşulmaq üçün rəsmi dəvət alacaq
Oktyabrın sonunda Azərbaycanın Avropa Birliynin E-Twining Təhsil portalna qoşulmaq üçün rəsmi dəvətin alması gözlənilir. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın eTwining proqarmında iştirakı müəllimlərimizin və şagirdlərin Avropa ölkələrindəki öz həmkarları ilə internet-portal vasitəsilə ünsiyyət qurmaq üçün imkan yaradacaqdır.
Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsinin Treninq və Monitorinq şöbəsinin rəisi Ramil Suleymanovun sözlərinə görə, Azərbaycanın eTwining proqramında iştirakı Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Birliyi tərəfindən keçirilən dəyirmi masada müzakirə olunub. Avropa Birliyinin nümayəndələri Azərbaycanın təhsil sisteminin informasiyalaşıdırılması prosesini nəzərdən keçirərək görülən işləri və gələcək planları yüksək qiymətləndirmiş və ölkəmizin eTwining proqramına qoşulması üçün tam hazır olduğunu bəyan ediblər.
R.Suleymanov qeyd edib ki, keçirilən dəyirmi masada MDB ölkələri "eTwining platforması: məktəblər üçün birlik", "eTwining: XXI əsrin pedaqoqikası", "müəllimlərin eTwining çərçivəsində peşəkar inkişafı", "internet-təhlükəsizlik" və s. mövzular üzrə geniş məlumat alıblar. eTwining portalında 101,2 min istifadəçi qeydiyyatdan keçib. Hazırda rortal çərçivəsində təhsilin müxtəlif istiqamətləri üzrə 2,7 min aktiv layihə reallaşdırılır.
Avropa komissiyasının təşəbbüsü ilə yaradılmış eTwinning proqramı Avropa ölkələrinin məktəbləri üçün vahid bir internet-platformada ünsiyyət qurmaq üçün reallaşdırılır. Proqram çərçivəsində yaradılmış internet-portal vasitəsilə müxtəlif ölklərin məktəbliləri ünsiyyət qurur, bir-birilərinə mədəniyyətləri, tarixləri və insan fəaliyyətinin müxtəlif sahələri haqqında məlumat verə bilirlər. Proqram artıq 5 ildir ki, reallaşdırılır və bu müddət ərzində müxtəlif ölkələrin minlərlə müəllim və məktəbliləri arasında virtual ünsiyyət yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB