Nazir səfirlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov Yunanıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Yunanıstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə səfirə məlumat verib.

Təhsil naziri səfirə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə