Misir Mərdanov: “Repetitorluq elə bir işdir ki, onu hər hansı bir qərarla tənzimləmək olmaz”

Misir Mərdanov: “Repetitorluq elə bir işdir ki, onu hər hansı bir qərarla tənzimləmək olmaz”
Orta məktəblərdə müəllimlərin ixtisar edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir tapşırıq yoxdur. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. M.Mərdanov bildirib ki, əgər məktəbdə şagirdlərin sayı azdırsa, qruplar azalıbsa, o zaman müəllimlər işdən azad olunmalıdır. Nazirin sözlərinə görə, həmin müəllimlərin kim olmasını məktəbin kollektivi müəyyən edə bilər.

Daha sonra nazir repetitorluqla bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, repetitorluq elə bir işdir ki, onu hər hansı bir qərarla tənzimləmək olmaz.

"Dünyanın bütün ölkələrində qədim zamanlardan repetitorluq olub, bu gün var və gələcəkdə də olacaq. Məni şəxsən maraqlandıran odur ki, repetitorluq dərsin hesabına olub. Biz istərdik ki, bu, məktəbin ziyanına olmasın. Əgər repetitorluq ümumi işə xeyir edirsə, biz onu dəstəkləyirik. Amma bütövlükdəı repetitorluğu bir qərarla yığışdırmaq olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə