“Dağ rayonlarında şagirdlərin sayı az olan məktəblər birləşdiriləcək” - Açıqlama

“Dağ rayonlarında şagirdlərin sayı az olan məktəblər birləşdiriləcək” - Açıqlama
Məktəb şəbəkəsinin rasionallaşdırılması işinə Ucar rayonundan başlanacaq. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, bununla əlaqədar müəyyən layihə var və cari il o həyata keçiriləcək. Bunun çox çətin məsələ olduğunu deyən təhsil naziri vurğulayıb ki, bir rayonun timsalında pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.

"Nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. Şagird kontingenti az olan məktəblərin sayı əsasən dağlıq rayonlarında üstünlük təşkil edir. Həmin rayonlarda elə məktəblər var ki, burada 9 və ya 5 nəfər şagird oxuyur. Belə məktəblərin sayı çoxdur və onlar birləşdiriləcək.

Daha sonra nazir kurikulum sistemi ilə bağlı yaranan bəzi narazılıqlara münasibət bildirib. O, bu işə yeni başlanıldığını və ancaq 3-cü sinifə kimi keçirildiyini deyib. M.Mərdanovun sözlərinə görə, təbbi ki, bu yeni olduğundan bəzi adamlar üçün çətin və ağırdır: "Düşünürəm ki, bir işə başlayarkən onun çətinliyindən danışmaq düzgün deyil. Hər halda bu iş görülərkən ona çox ciddi hazırlıq gedib və bunun üzərində çoxsaylı müəllimlər işləyib. Bir neçə ildən sonra işin müxtəlif səviyyələri üzrə monitorinqlər keçirdikdən sonra buna qiymət verə bilərik. Hələlik isə bunu qiymətləndirmək tezdir".

Bütün xəbərlər Facebook səhifəmizdə