Təhsil Nazirliyi yeni müsabiqə elan edib

Təhsil Nazirliyi yeni müsabiqə elan edib
Təhsil Nazirliyinin öhdəliklərini layihədə icra edəcək mütəxəssislərin seçilməsi ilə əlaqədar müsabiqə elan edilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqə De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi pilot seçilmiş Suraxanı rayonunda "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" layihəsi çərçivəsində təşkil olunur.

Mütəxəssislər pilot layihənin digər tərəfdaş qurumlarla əlaqələndirilməsi, uşaqların müəssisəyə düşməsinin qarşısının alınması ilə ailələrə dəstək göstərilməsi, Suraxanı rayonunda Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plana uyğun olaraq ailələrə dəstək xidmətlərinin təşkili, yaradılması və bu kimi digər öhdəlikləri yerinə yetirəcəklər.

Seçim zamanı Suraxanı rayonu sakinlərinə və ya bu rayona yaxın ərazidə yaşayanlara üstünlük veriləcək. Arzu edənlər sənədlərini təqdim etmək üçün 10 gün müddətində Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə və ya [email protected] internet ünvanına CV göndərməklə müraciət edə bilərlər (Tel.: 496-34-98).

Bütün xəbərlər Facebook səhifəmizdə