Rusiyanın tanınmış müəllim və professor heyəti azərbaycanlı həkim müdavimlərə kurslar keçirir
Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən, Rusiyanın 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti bu gündən başlayaraq oktyabrın 29-dək azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, təkmilləşdirmə kursları həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə təşkil olunur.
Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən kurslar şüa diaqnostikası məsələlərinə həsr olunub.
Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavimin cəlb ediləcəyi kurslar 1 saylı Respublika Klinik Xəstəxanasında həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB