“Məktəblərdə çoxdillilik, müxtəliflik və sosial birlikdəlik”

“Məktəblərdə çoxdillilik, müxtəliflik və sosial birlikdəlik”
Avropa Şurasının Pestalotzi Proqramı çərçivəsində 18-20 noyabr 2010-cu il tarixlərində Avstriyada "Məktəblərdə çoxdillilik, müxtəliflik və sosial birlikdəlik" (CoE 2010 1118-1120) mövzusunda təlim proqramı keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, proqramda çoxdillilik üzrə təhsil mütəxəssisləri, həmçinin müvafiq sahədə çalışan orta məktəb müəllimləri iştirak edə bilərlər.

İştirakçıların beynəlxalq nəqliyyat, eləcə də təlim proqramı müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Təlim proqramının işçi dili ingilis və alman dilləridir. Tədbir zamanı tərcümə təmin olunmadığından iştirakçıların hər iki dili yüksək səviyyədə bilmələri əsas şərtdir.

Adı çəkilən seminarda iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 14 oktyabr tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova 496 34 14) təqdim etməlidirlər.

Qeyd edək ki, natamam şəkildə doldurulmuş ərizə formaları qəbul edilməyəcək. Proqram barədə ətraflı məlumatları və ərizə formasını http://www.coe/Pestalozzi internet səhifəsindən əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə