Bakı məktəblisi Avropa çempionatının qalibi olub

Bakı məktəblisi Avropa çempionatının qalibi olub

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.

Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə