Ümumtəhsil müəssisələrində işləmək üçün test imtahanın nəticələri bu gün açıqlanacaq RƏSMİ AÇIQLAMA
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 3-4 noyabr tarixlərində ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsinin cavabları bu gün açıqlanacaq"
Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, nəticələr gün ərzində imtahanda iştirak edən şəxslərin şəxsi səhifəsinə yerləşdiriləcək: "Hazırda sistemdə yüklənmələr gedir".
Xatırladaq ki, yuxarıda qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən 700-dən artıq şəxsin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-ə yaxın müraciətə imtina verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB