Dörd fənn birləşdiriləcək

Ukraynanın Elm və Təhsil Nazirliyi təbiət elmlərini bir fənlə əvəz etməyi planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, planda fizika, kimya, biologiya və coğrafiya fənnlərinin birləşdirilməsi nəzərdə tutulur.

Nazirliyin açıqlamasına görə, nəzərdə tutulan plan humanitaryönümlü siniflərdə oxuyan yuxarı sinif şagirdləri üçün tətbiq edilə bilər: "Əgər uşaqlar humanitar sahəni seçirsə, o zaman onların digər fənlərə ayıracaq çox zamanları olmur. Belə olan halda, bir neçə fənni birləşdirmək mümkündür".

" Təbiət elmləri dünyaya bir elm kimi inteqrasiya edildiyi üçün insanların da bu elmləri bir fənnlə öyrənməsi təcrübəsi var"- deyə, nazirliyin məlumatında qeyd olunur.

Lakin yenilik nə zaman tətbiq olunması nazirlik tərəfindən açıqlanmayıb. Lakin yeni sistemin təcrübə üçün yaxın zamanda hansısa məktəbdə tətbiq olunacağı nəzərdə tutulub. İstənilən nəticə əldə olunarsa, sistem bütün humanitar təmayüllü məktəblərə tətbiq edilə bilər, .

Qeyd edək ki, bundan əvvəl Ukrayna parlamenti milli azlıqların öz dillərində təhsil imkanlarının məhdudlaşdıran təhsil islahatını qəbul edib. Belə ki Ukraynada 5-ci sinifdən sonra bütün uşaqlar ukrayna dilində təhsil alacaqlar. 2020-ci ildən bu ölkədə bütün təhsil ukraynada dilində olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə