Gürcüstan təhsil nazirinin səfəri zamanı təhsil sahəsində mövcud olan bütün problemlər müzakirə ediləcək

Gürcüstan təhsil nazirinin səfəri zamanı təhsil sahəsində mövcud olan bütün problemlər müzakirə ediləcək
Gürcüstan bu gün müstəqil ölkədir və biz onun daxili işlərinə qarışa bilmərik. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov Gürcüstandakı orta məktəblərdə azərbaycanlı müəllimlərin ixtisar edilməsi məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, eyni zamanda, Gürcüstanda çoxlu sayda azərbaycanlılar yaşayır: "Bu yaxınlarda Gürcüstanda səfərdə idim. Tiblisi təlim Azərbaycan dilində aparılan məktəbdə oldum. Dmanisi, Marneuli, Bolnisi rayonlarındakı məktəblərlə də tanış olmuşam. Gürcüstanın təhsil nazirinə sual verəndə mənə dedi ki, onlar 1 il ərzində 14 min orta məktəb müəllimini ixtisar ediblər. Şübhəsiz, onların arasında azərbaycanlı müəllimlər də var. Bu baxımdan biz Gürcüstanın daxili işlərinə qarışa bilmərik".

M.Mərdanov qeyd edib ki, Gürcüstanın təhsil naziri Dmitri Şaşkinin Azərbaycana səfəri gözlənilir. O vurğulayıb ki, səfər zamanı iki ölkə arasında təhsil sahəsində mövcud olan bütün problemlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə