Təhsil naziri: “Azərbaycanın regionlarındakı orta məktəblərdə kadr çatışmazlığı problemi aradan qaldırılmayıb”

Təhsil naziri: “Azərbaycanın regionlarındakı orta məktəblərdə kadr çatışmazlığı problemi aradan qaldırılmayıb”
Hələlik Azərbaycanın regionlarındakı orta məktəblərdə kadr çatışmazlığı problemi tam aradan qaldırılmayıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, hazırda Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir. Onun sözlərinə görə, bu il 800-dən çox gənc müəllimi müxtəlif regionlarda işləməyə göndərilib: "Bu, əsasən Lerik, Yardımlı, Gədəbəy və digər ucqar dağ rayonların kəndləridir. Hələ həmin rayonlarda müəllimə ehtiyac var və biz bu proqramı davam etdirəcəyik. Yaxın 4-5 il ərzində də ucqar kəndlərə hər il bu qədər müəllimin göndərilməsi nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə