“eTwinning Plus” layihəsi çərçivəsində Maltanın Valletta şəhərində “eTwinning” illik seminarı keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, seminarın keçirilməsinin əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində layihə əsaslı tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub.
Layihə nazirliyin təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən reallaşdırılır.
Seminarda Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi Şirincan Məmmədova və Heydər Əliyev adına liseyin müəllimi Natavan Bədəlova iştirak ediblər.
Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub.
Qeyd edək ki, hazırda “eTwinning Plus” layihəsinə respublika üzrə 129 məktəb, 395 müəllim cəlb olunub. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə online təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir. Cari ildə 81 müəllim 115 online təlimdə iştirak edib və beynəlxalq sertifikatlar qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB