Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişikliklə bağlı layihə bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. SİA-nın verdiyi xəbərə görə, dəyişiklik "Elm haqqında" qanuna uyğunlaşdırma xarakterlidir.
Dəyişikliyə əsasən, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri də özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısına əlavə olunub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB