Təhsil naziri: “Orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaq deyil”
"3-4 il bundan qabaq Təhsil Nazirliyini qınayırdılar ki, necə olur orta məktəblərin imtahanları adi qaydada sorğu formasında, ali məktəblərə qəbul imtahanları isə test şəklində keçirilir. Bunu düzgün hesab edirdik. Bütün bu iradları nəzərə alaraq artıq son 3 ildə 9-11-ci siniflərdə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilir". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi təhsilin inkişafına çox böyük təkan verib, məktəbin statusunu yüksəldib, valideyn, şagird, müəllimlərin məsuliyyətni artırıb. Nazir qeyd edib ki, ali məktəblərə qəbul imtahanları 4-5 fəndən, mərkəzləşdirilmiş imtahanlar isə 8 fəndən keçirilir: "Əlbəttə bu istiqamətdə biz düşünürük. Ancaq mənim fikrim ondan ibarətdir ki, orta məktəbin əsas vəzifəsi cəmiyyət üçün layiqli, keyfiyyətli vətəndaş hazırlamaqdır. Orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaq deyil".
Daha sonra repetitorluğa münasibət bildirən təhsil naziri bu məsələyə iki cür baxışının olduğunu deyib. O bildirib ki, bu məsələyə bir tərəfdən müsbət yanaşıram, çünki hər halda insanlar imkanları daxilində bilik və bacarıqlarını artırırlar.
"Ancaq o baxımdan mənfi yanaşıram ki, bu fəaliyyət məktəbin və dərsin hesabına olur. Əlbəttə, bu çox qorxulu məqamdır. Etiraf edək ki, orta məktəblərin son, daha çox 11-ci siniflərdə valideynlər, xüsusən imkanlı valideynlər uşaqlarının məktəbə gəlməsinə əngəl törədirlər. Onlar çalışırlar ki, uşaqları repetitor yanına getsin ki, ali məktəbə daxil olsun. Əlbəttə, biz yaxşı başa düşürük ki, hər bir valideyn övladının ali məktəbə qəbul olunmasını istəyir. Repetitorluğun burada çox böyük rolu var. Ancaq bunu orta təhsil proqramı, vaxtı hesabına etmək düzgün deyil. Ən pis məqam isə odur ki, bir çox halda orta məktəb müəllimləri özləri şərait yaradırlar ki, uşaqlar repetitor yanına getsinlər. Mən buna çox mənfi baxıram. Bunun da obyektiv və subyektiv səbəbləri var ki, bunu siz də, mən də yaxşı bilirəm", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB