UNEC magistrləri üçün iki diplom imkanı

UNEC magistrləri üçün iki diplom imkanı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birinci kurs magistrləri üçün Litvanın Mikolos Romeris Universitetinin (MRU) ikili diplom proqramının təqdimatı keçirilib.

UNEC-dən bildirilib ki, tədbirdə magistrlərə beynəlxalq əlaqələr departamentinin mütəxəssisi Aysel Musayeva UNEC-lə MRU arasında həyata keçirilən ikili diplom proqramına qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirilib ki, proqrama UNEC-də maliyyə bazarları, maliyyə menecmenti və maliyyə nəzarəti, audit ixtisası üzrə təhsil alan birinci kurs magistrləri qatıla bilər. Bunun üçün magistrlərin bakalavr dərəcəsi üzrə akademik göstərici 80-dən yuxarı və ingilis dili biliyi B2 səviyyəsində olmalıdır. Proqramı uğurla bitirən magistrlər UNEC-lə yanaşı, MRU-nun da diplomunu əldə edəcəklər.

Sonda suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə