Məleykə Abbaszadə: “Attestat qiymətləri uşaqların real biliyini əks etdirmir” - AÇIQLAMA
"Mərkəzləşdirilmiş buraxılış imtahanları məktəbdə keçirilir və bu orta biliyi müəyyən edir. Attestat imtahanında olan kriteriyalar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkil etdiyi qəbul imtahanlarının kriteriyalarından fərqlidir. Çünki bizdə müsabiqədir və müsabiqə şəraitində abituriyentlər arasından yüksək səviyyəlilər seçilir". Bu barədə SİA-ya TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, qəbul imtahanının məzmunu attestat imtahanından tamamilə fərqlənir. M.Abbaszadənin sözlərinə görə, yeni Təhsil Haqqında Qanuna görə də qəbul imtahanları zamanı bəzi hallarda attestat qiymətləri nəzərə alınmalıdır.
Bu il də eyni bal toplayan və eyni yerin müsabiqəsinə düşən abituriyentlərin seçimi zamanı attestatında orta qiyməti daha yüksək olanlara üstünlük verildiyini deyən komissiya sədri qeyd edib ki, cari il həm ali, həm də orta ixtisas məktəblərinə qəbul imtahanlarında belə şəxslərin sayı 1 500 nəfər olub.
"Ancaq təəssüf ki, attestat qiymətləri hələki uşaqların real biliyini əks etdirmir. Elə əlaçı uşaqlar var ki, onlar qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərir. Attestat qiyməti çox zaman real bilik səviyyəsini yox, məktəbdə müəllimin şagirdə və ya valideynlərin müəllimə olan münasibət, müdaxiləsini əks etdirir.
Bundan əlavə, ayrı-ayrı fənlər üzrə attestat qiymətləri əla olan şagirdlər qəbul imtahanlrında yüksək nəticə göstərə bilmirlər. Məsələn, Azərbaycan dilindən attestat qiyməti 5 olan abituriyent qəbul imtahanında 80 faizdən yüksək nəticə göstərməlidir. Ancaq imtahanda Azərbaycan dilindən attestat qiyməti 5 olanların 25%-i qəbul imtahanında 80%-dən yuxarı nəticə göstərib. Digər fənlərdə də demək olar ki, eyni nəticə qeydə alınıb. Yalnız ingilis dilindən 5 alan şagirdlərin 50%-i qəbul imtahanlarında 80%-dən yuxarı nəticə göstərib. Belə xal var deyə, biz attestat qiymətlərini istədiyimiz səviyyədə qəbul imtahanları zamanı nəzərə ala bilmərik. Bununla əlaqədar olaraq, pedaqoji ictimaiyyətə kifayət qədər məlumatlar veririk", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB