Ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanının keçirilməsi üçün qəbul proqramının müzakirəsinə başlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə seminar iclası keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda gündəlik məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olub.
Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin təhsil işçiləri ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclaslarda iştirak edib və onlayn sistemində internet vasitəsilə vidiobağlantı əsasında öz fikirlərini bildiriblər. TQDK-nın şöbə müdiri T.Bədəlov və seminarın rəhbəri AMEA-nın müxbir üzvü V.Abbasov seminar iştirakçılarına qarşıda duran işlərin həyata keçirilməsində öz tövsiyə və təkliflərini verib.
Növbəti seminar iclasında 2011-ci ildə ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanının keçirilməsi üçün qəbul proqramının müzakirəsinə başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB