Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi (GEMİB) və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) tərəfindən Beynəlxalq Müəllimlər Günü münasibəti ilə "Müridlik-müdrikliyin gənclik sədasıdır" adlı tədbir keçirilib. GEMİB-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru, professor Asəf Zamanov bütün müəllimləri təbrik edib və inkişaf edən Azərbaycanda təhsilə verilən önəmdən danışıb. Rektor A.Zamanov İnstitutun gündən-günə inkişaf etdiyini və vətəndaş cəmiyyəti ilə daha da yaxınlaşdığını qeyd edib. Prezident İlham Əliyevin təhsilə və müəllimlərə veridyi xüsusi qayğıdan danışan A.Zamanov həmçinin dövlətin ictimai sektora və gənclərə verdiyi dəyərdən bəhs edib.
Sonra çıxış edən GEMİ sədri Sərdar Yusifoğlu "Müəllimlərin vətəndaş cəmiyyətinin inkişafında rolu" mövzusunda çıxış edib. O bildirib ki, müəllim həqiqətən vətəndaş cəmiyyətinin inkişafında rol oynayan birinci şəxsiyyətlərdəndir. "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov "Azərbaycanın Milli mədəni inkişafında müəllimlərin rolu" mövsunda danışıb. Sonra çıxış edən professor–müəllim heyəti, gənclər müəllimlərə göstərilən qayğıdan və şərəfli peşə haqqında söhbət açıblar.
Tədbirin sonunda GEMİ BPKİYİ-nin inkişafında fəal olan müəllimlər fəxri fərmanla mükafatlandırılıb. BPKİYİ-nin rektoru, professor Asəf Zamanova və "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri, professor Fuad Məmmədova gənclərə, müəllimlərə və təhsilə verdikləri tövhəyə və qayğıya görə GEMİ-nin fəxri üzvü adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə