“Qafqaz regionunda təhsil üzrə əməkdaşlıq” konfransı öz işinə başlayıb
Bu gün Türkiyənin Fəthiyə şəhərində "Qafqaz regionunda təhsil üzrə əməkdaşlıq" konfransı öz işinə başlayıb. Oktyabrın 9-dək davam edəcək tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin (GTM) insan resursları bölməsinin rəhbəri Rasim Ağayev də iştirak edir. GTM-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Soros Fondunun Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə keçirilən konfransın əsas məqsədi Qafqaz regionunda təhsil sahəsində QHT əməkdaşlığını gücləndirmək, birgə layihələr həyata keçirmək və vahid modellər təklif etməkdir.
Konfransda növbəti illər üzrə birgə əməkdaşlıq imkanları müzakirə ediləcək və konkret konspesiyalar hazırlanacaq.
Qeyd edək ki, regional və beynəlxalq təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli imkanlar yaradan bu konfrans artıq Avstriya və Ukraynada keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB