Bakı Slavyan Universiteti bir gündə iki tədbirə ev sahibliyi edib
Bu gün Bakı Slavyan Universitetində (BSU) iki tədbir keçirilib. Bu barədə SİA-ya BSU-nun mətbuat xidməti Adil Əliyev məlumat verib. O bildirib ki, ilk tədbir universitetin Filologiya fakültəsinin təşkilatçılığı ilə BSU-nun Məktəb-lisey kompleksinin akt zalında gerçəkləşib. Məşhur alman yazıçısı Yohann Volfanq fon Hötenin müəllifi olduğu "Cadugərin şagirdi" adlı balladası səhnədə tamaşaçılara təqdim olunub. Maraqlısı odur ki, bu tamaşa Almaniyanın Vüsburq Universitetinin professoru və Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann tərəfindən səhnələşdirilib.
Ziqlinde Hartman Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Quttenberq Universitet Mayns və Osvald fon Volkanştayn Cəmiyyəti arasında "Kitabi-Dədə Qorqud" və "Nibellunqlar haqqında nəğmə", "Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı 5 illik layihə çərçivəsində artıq bir neçə ildir ki, universitetlə sıx əməkdaşlıq edir. 2010-cu ilin mart ayında isə xanım Z.Hartman BSU-nun professoru vəzifəsinə təyin edilib. BSU-nun alman filologiyası ixtisası üzrə təhsil alan tələbələrinin də iştirak etdiyi və böyük həvəslə hazırladıqları tamaşa alman dilində təqdim olunub.
Gün ərzində keçirilən ikinci tədbir isə Bakı Slavyan Universitetinin sadiq dostlarından olan müasir rus nəsrinin görkəmli nümayəndəsi, şair, esse ustası, Rusiya Yazıçılar İttifaqının və Rusiyanın PEN-klubunun üzvü Boris Timofeyeviç Yevseyevin əsərlərinin təqdimetmə mərasimi olub. Böyük marağa səbəb olan "Evstiqney", "Lavka nihix" və "Plohadğ revolöüii" adlı əsərlərin təqdimetmə mərasimini giriş sözü ilə açan BSU-nun rektoru professor Kamal Abdullayev onun universitetə yenidən gəlişindən məmnunluğunu bildirib. Yevseyevin yaradıcılığı haqqında dəyərli fikirlər söyləyən Kamal Abdullayev, eyni zamanda, onun BSU-nun bəzi tələbə və magistrantlarının elmi rəhbəri olduğunu da diqqətə çatdırıb: "Təşəkkür edirik ki, universitetimizə gəlməyə və hər dəfə maraqlı, yeni yaradıcılıq nümunələrini bizimlə bölüşməyə səbəbiniz olur. Fikirləşirəm ki, siz öz yaradıcılığınız ilə müasir rus ədəbiyyatını zənginləşdirirsiniz. Bütün universitet kollektivimiz adından, tələbə və magistrantlarımız adından sizə dərin minnətdarlığımızı bildirirəm. Ümüdvaram və əminəm ki, təqdim olunmuş bu yeni əsərlər öz geniş oxucu sevgisini qazanacaq".
Bakı Slavyan Universitetinin professoru Naciyeva Flora, dossenti Carçıyeva İlahə və digər magistrant və tələbələr çıxış edərək Yevseyevin yaradıcılığı haqqında maraqlı fikirlər söyləyiblər.
Növbəti gün Boris Timofeyeviç Yevseyevin "Müasir rus nəsrində ədəbi cərəyanlar və meyllər" adlı məruzə ilə çıxış edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB