DİM-ə 5 milyon manatın ayrılması nəzərdə tutulub

Növbəti il dövlət büdcəsindən Dövlət İmtahan Mərkəzinə 5 milyon manat ayrılacaq. SİA-nın bu barədə 2018-ci il büdcə layihəsində qeyd edilib.

Belə ki, 2018-ci il orta və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbə qəbulu ilə bağlı tələb edilən məbləğin ödənilməsi və ümumtəhsil məktəblərində buraxılış imtahanının keçirilməsi üçün dövlət büdcəsindən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 5 milyon manat ayrılması proqnozlaşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə