Dünya şöhrətli alman professor Qərbi Kaspi Universitetində

Almaniyalı professor Ulli Arnold Qərbi Kaspi Universitetində (Qərb Universiteti) qonaq olub. Professor universitetlə, onun infrastrukturu, maddi-texniki bazası və strukturlaşması ilə tanış olub, professor-müəllim heyəti ilə görüşlər keçirib, menecment, sənaye malları marketinqi mövzularında diskussiyalar aparıb.

Eyni zamanda iki gün ərzində universitetin MBA tələbələrinə Marketinq fənni üzrə masterklas keçib.

Qərbi Kaspi Universitetində tədrisin təşkilini, eləcə də maddi-texniki bazanı yüksək qiymətləndirən professorla növbəti semestrdə uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur. Belə ki, onun universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrə marketinq üzrə ümumi kurs keçməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Professor Ulli Arnold 1992-ci ildən etibarən Almaniyanın Ştutqart Universitetində çalışır.

Dünya şöhrətli iqtisadiyyatçı 2010-cu ildə Almaniyanın dövlət ordeni "Bundesverdienstkreuz“ ordeni ilə təltif olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...