Batumidə “Bazar günü” məktəbi açılıb

Batumidə “Bazar günü” məktəbi açılıb

Batumi şəhərindəki baş konsulluğumuzun təşəbbüsü və təşkilatçılığı ilə Batumidə Azərbaycan dilinin tədrisi üçün “Bazar günü” məktəbi açılıb. Məktəb, Batumidə yaşayan azərbaycanlı uşaqlara doğma dilimizi, tariximizi öyrətmək məqsədilə yaradılıb.

Baş konsul Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycanda uşaqlara olan dövlət qayğısından danışıb, ölkəmizdə uşaqlarla əlaqədar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirildiyini bildirib.

Baş konsul, Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğı barədə iştirakçılara ətraflı məlumat verib.

Digər çıxış edənlər Azərbaycanda uşaq və gənclər, gənc ailələrlə əlaqədar həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən danışıb, Batumidə “Bazar günü” məktəbinin açılmasını da həmin siyasətin davamı olduğunu bildiriblər.

Qeyd olunub ki, “Bazar günü” məktəbində 30-dan artıq soydaşımız Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti barədə ödənişsiz təhsil alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə