İlk peşə-ixtisas təhsili müəssisələrində 23 min 814 nəfər təhsil alır

İlk peşə-ixtisas təhsili müəssisələrində 23 min 814 nəfər təhsil alır

Azərbaycanda hazırda 112 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. SİA-nın xəbərinə görə, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Rəsmi nəşrdə bildirilir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin sayında artım qeydə alınıb. Belə ki, 2001-ci ildə bu müəssisələrin sayı 110 olubsa, 2017-ci ildə bu rəqəm 112-yə yüksəlib. Eyni zamanda, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların da sayında artım müşahidə edilib. Əgər 2001-ci ildə peşə məktəblərində 22 min 944 nəfər təhsil alırdısa, 2017-ci ildə onların sayı artaraq 23 min 814 nəfərə çatıb. Hazırda peşə məktəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 1733 müəllim məşğul olur ki, onların da 1170-i qadındır.

Qeyd edək ki, bu il ilk peşə-ixtisas təhsil müəssisələrinə 2 min 17 nəfər qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə