TQDK yeni vəsaitlər və test topluların təkmilləşdirilmiş nəşrlərini hazırlayıb

TQDK yeni vəsaitlər və test topluların təkmilləşdirilmiş nəşrlərini hazırlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fənlər üzrə qəbul proqramlarının məzmun və tələbinə uyğun olan vəsaitlər hazırlayaraq nəşr edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Kimya", "Riyaziyyat", "Fizika", "Tarix", "Coğrafiya", "Rus dili", "İngilis dili", "Alman dili", "Azərbaycan dili", "Ədəbiyyat" və "Biologiya (Botanika)" vəsaitləri nəşr olunub. "Zoologiya", "İnsan biologiyası" vəsaitləri də yaxın vaxtlarda işıq üzü görəcək.

Bu vəsaitlər abituriyentlərin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, sistemləşdirir və qəbul proqramı üzrə biliklərin möhkəmləndirilməsi üçün təkrarlamada əhəmiyyətli rol oynayır. Vəsaitlər abituriyentlərə öz üzərində müstəqil çalışmaq imkanı verir. Çünki burada nəzəri materialla bərabər, həm də kifayət qədər məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini tələb edən test tapşırıqlarının izahlı şərhləri də verilir.

Bundan əlavə, TQDK siniflər üzrə orta məktəb dərsliklərinə, tədris proqramlarına tam uyğun olan test topluların təkmilləşdirilmiş nəşrlərini də hazırlayıb. Toplulardakı test tapşırıqları tədris proqramındakı yarımillik və illik materiallar üzrə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə