ADNSU-nun startap layihələrinə təkliflər gəlib

11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin ikinci günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov və və UFAZ-ın baş katibi Şarlotta Payen təqdimatla çıxış ediblər. Universitetdən SİA-ya verilən xəbərə görə, təqdimatda iştirakçılara UFAZ-da tədris prosesi, ixtisaslar, qəbul qaydaları, yay məktəbi haqqında geniş məlumat verilib. Təqdimatın sonunda UFAZ tələbələri tərəfindən uzaqdan idarə olunan detektorların təkmilləşdirilməsi startap layihəsi nümayiş olunub. Layihə auditoriya tərəfindən böyük maraqla izlənilib.

Sonra sərginin lektoriya səhnəsində ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin üç layihəsi təqdim olunub. ADNSU tələbələrinin GRP, Kubirub və Camtouch layihələri haqında ətraflı məlumat verilib və hər bir layihə geniş auditoriya qarşısında nümayiş olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sərginin mərkəzi səhnəsində çoxsaylı beynəlxalq festivalların qalibi, yarım əsrdən çox yaşı olan ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının üzvü Xumar Musayevanın ifasında “Tərəkəmə” rəqsi təqdim olunub. Sonra mərkəzi səhnədə UFAZ tələbələri Cərrahova Aynur və İsmayılova Lalə məşhur “Je veux” mahnısını ifa ediblər.

Qeyd edək ki, 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisində 14 ali təhsil müəssisəsinin stendləri yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzləri təqdim olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...