Bu gündən fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayır
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayır. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fənlər üzrə elmi-metodiki seminarlar test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə təşkil olunur.
Seminarlar respublikanın pedaqoji ictimaiyyəti üçün açıqdır. İstənilən mütəxəssis TQDK-nın Orta təhsil üzrə yoxlama-ölçmə materialları sektorunda qeydiyyatdan keçərək, müvafiq fənn üzrə seminarın işində iştirak edə bilər.
Bu il TQDK-nın Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba şəhərlərində fəaliyyət göstərən regional bölmələrində də bütün fənlər üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə elmi-metodiki seminarlar keçiriləcək. İnternet proqramlarının tətbiqi vasitəsilə həmin seminarlarla TQDK-nın müvafiq seminarları arasında canlı videobağlantılar təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB