Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ayrı-ayrı fənlər üzrə mütəxəsislərinin mühazirələri artıq komissiyanın saytında yerləşdirilib. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, bu mühazirələr tədris proqramını tam olaraq əhatə edəcək. M.Abbaszadə vurğulayıb ki, bu saytda mühazirə oxuyanların hər biri bunker müəllimlər və ən qabaqcıl ekspertlərdir.
"Komissiyanın saytında bütün qruplar, fənlər üzrə bu mühazirələr yerləşdirilib. İmtahana hazırlaşan abituriyentlər üçün repetitor lazım deyil, onlar bu mühazirələri dinləyərək lazımi məlumatları ala bilərlər. Bizim çap etdiyimiz vəsaitlərlə abituriyentlər mühazirəyə aid olan mövzunu oxuya, test topluları ilə isə öz biliklərini yoxlaya bilərlər. Bu layihənin inkişafında müasir internet proqramlarının vasitəsilə müəllimlər interaktiv formada abituriyentlərə tapşırıq verə biləcəklər. Mühazirəni dinləyənlər o tapşırıqlara cavab verəcək və cavablarının düz və ya səhv olması haqqında bizdən cavab alacaqlar. Təbii ki, bu cavablar müəllimlər tərəfindən deyil, avtomatik olaraq proqram vasitəsilə yoxlanılacaq", - deyə o əlavə edib.
Komissiya sədri qeyd edib ki, TQDK-nın saytında pulsuz şəkildə yerləşdirilən interaktiv kurslar hər bir abituriyent üçün hazırdır. Onun sözlərinə görə, yalnız abituriyentlərdə iradə lazımdır ki, müəllim yanına getmədən mühazirələr vasitəsilə qəbul imtahanlarına hazırlaşsınlar. O vurğulayıb ki, bir sözlə, abituriyentlər bu ildən repetitor iştirakı olmadan imtahanlara hazırlaşa bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB