Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə bu ilki qəbul imtahanlarında ən yüksək nəticə göstərib Prezident təqaüdünə layiq görülmüş gənclərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşdə komissiyanın sədri Məleykə Abbaszadə, komissiyanın sədr müavini Namiq Əliyev, şöbə müdirləri Tariyel Bədəlov, Arzu Bağırov və başqaları iştirak ediblər.
Görüşdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə öz təbriklərini çatdırıb: "Biz çox şadıq ki, bizim ölkədə belə gənclər var. Ümidvaram ki, sizin aranızda Azərbaycanın məşhur alimləri oturub. İnanıram ki, sizlərdən kimsə müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə edəcək şəxslər olacaq. Arzu edərdim ki, sizlərin arasından birinci azərbaycanlı Nobel mükafatçısı çıxsın. Bu qəbul imtahanı bir daha təsdiqlədi ki, siz gələcək həyata hazırsınız. Bundan sonra, həyatda müxtəlif imtahanlar verməli olacaqsınız. Bu imtahanlardan uğurla keçmək üçün həmişə iradəli olmalı, hər zaman hansı məqsədə qulluq etdiyinizi bilməli və öz vaxtınızı boş-boşuna sərf etməməlisiniz. TQDK-nın işçiləri və kollektivi adından bir daha sizlərin hər birini təbrik edir və gələcək həyatınızda uğurlar arzulayıram".
Tədbirin davamında yüksək nəticə göstərən tələbələrə diplomlar və xatirə hədiyyələri təqdim olunub. Daha sonra yüksək nəticə göstərən tələbələr qəbul kampaniyasının təşkili, imtahanların keçirilməsi, test suallarının məzmunu və digər məsələlər üzrə öz fikir, təklif, irad və tövsiyyələrini səsləndiriblər. TQDK rəhbərliyi isə öz növbəsində tələbələri maraqlandıran sualları cavablandırıb. Tədbir qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB