Paytaxt məktəblərində “Bilik günü” qeyd olunur FOTOLAR

Paytaxt məktəblərində “Bilik günü” qeyd olunur FOTOLAR

Bu gün paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub. Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, mərasimdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə