Müəllimlərin işə qəbulu ilə bağlı yeni xəbər

Müəllimlərin işə qəbulu ilə bağlı yeni xəbər

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.

Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 7-dən başlayan proses sentyabrın 8-i saat 24:00-dək yekunlaşıb.
Əlavə yerləşdirmədə müsabiqədə müvafiq keçid balı toplamış və vakansiya tutmaq hüququ qazanmayan namizədlər iştirak edib.
Bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunub. Nəticələr gələn həftə ərzində elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə