Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2017-2018-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib. SİA-nın xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd Azərbaycanın xarici dillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.
Əmrə görə, Azərbaycanın tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının 2017-2018-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB