Azərbaycan Afrikada təhsilə vəsait ayırıb

Azərbaycan Afrikada təhsilə vəsait ayırıb

Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində yazılıb.

Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir.

Qeyd edək ki, Azərbaycan YUNESKO-nun donorlarından biridir. 2013-cü ildə Azərbaycanla bu qurum arasında imzalanmış çərçivə sazişinə əsasən ölkə Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə