UNEC-in tələbələri Rusiya banklarında təcrübə keçiblər

UNEC-in tələbələri Rusiya banklarında təcrübə keçiblər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin Rusiya Federasiyasında beynəlxalq bank təcrübəsi uğurla başa çatıb.

Rusiya Əmanət Bankı, Rusiya Xarici Ticarət Bankı (Bank VTB 24) və MBA Moskva Bankının Sankt-Peterburq filiallarında bir ay ərzində yay təcrübəsi keçən tələbələrə həmin bankların beynəlxalq sertifikatları təqdim olunub. Sertifikat tələbələrə dünyanın istənilən bankında sınaq müddəti keçmədən birbaşa əmək fəaliyyətinə başlamaq hüququ verir.

Bu barədə SİA-ya UNEC-in maliyyə və maliyyə institutları kafedrasının professoru, təcrübənin rəhbəri Elnur Sadıqov məlumat verib. Onun sözlərinə görə, UNEC-in tələbələri Rusiya banklarında mütəmadi olaraq təcrübə keçirlər. Həmin bankların xarici fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq sahədə kadrların hazırlanması hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə