Mikayıl Cabbarov kanadalı həmkarı ilə görüşüb

Mikayıl Cabbarov kanadalı həmkarı ilə görüşüb

Sentyabrın 5-də təhsil naziri Mikayıl Cabbarov Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycan və Ontario vilayəti ali təhsil müəssisələri arasında tədqiqat və elm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə