Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilmiş test imtahanının nəticələri açıqlandı

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilmiş test imtahanının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilmiş test imtahanının nəticələrini açıqlayıb. Bu barədə SİA-ya TQDK-nın mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, imtahanda 24 nəfərin iştirakı nəzərdə tutulsa da onlardan 1 nəfər imtahana gəlməyib. İmtahanlarda iştirak edən namizədlərdən ən yüksək nəticə göstərəni 82, ən aşağı nəticə göstərəni isə 26 bal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə