Bu il 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda yeni inşa edilən məktəblərin sayı açıqlanıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bütün mənbələr hesabına bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur.

İl ərzində 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib.3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə