Xarici tələbələrin ATU-ya marağı artır

Xarici tələbələrin ATU-ya marağı artır

Avqustun 20-dən etibarən Azərbaycan Tibb Universitetinə (ATU) xarici vətəndaşların qəbuluna start verilib. SİA-nın xəbərinə görə, qəbulun gedişatına əsasən bir çox xarici ölkə, o cümlədən, Rusiya, Türkiyə, Ukrayna, Iran, Nigeriya ölkələrindən olan vətəndaşlar ATU-da təhsil almaq üçün müraciət edib.

Tibb Universitetinə xarici tələbələrin qəbul prosesini tənzimləmək, nəzarətdə saxlamaq məqsədi ilə xüsusi komissiya yaradılıb. Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə yaradılmış komissiyaa 5 nəfərdən ibarətdir.

Komissiya üzvlərinin fəaliyyətinə qəbul olmaq istəyən xarici vətəndaşları müsahibədən keçirmək, onların bilik səviyyəsini və sənədlərin yoxlanılması və.s bu kimi məsələlər daxildir.

Xarici tələbələrin sənəd qəbulu sentyabrın 30-dək davam edəcək. Dərs ili oktyabrın 1-dən etibarən başlayır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə