“Dünya Ürək Günü”nə həsr olunmuş beynəlxalq elmi-kütləvi konfrans keçirilib - TƏDBİR
Bu gün "Dünya Ürək Günü"nə həsr olunmuş "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi-kütləvi konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ökədə fəaliyyət göstərən həkim kardioloq, kardiocərrahlar və xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AÜDCC-nin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Kamran Musayev Azərbaycanda səhiyyə sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini deyib. K.Musayev vurğulayıb ki, yeni səhiyyə ocaqları tikilib istifadəyə verilib, bəziləri əsaslı təmir olunub, müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub.
"Bu gün səhiyyənin inkişaf edən əsas sahələrindən biri də kardiologiya sahəsidir. Lakin bu inkişaflara baxmayaraq, hələ də dünyada ürək xəstəliklərindən kifayət qədər ölüm halları qeydə alınır. Hər il ürək xəstəlikləri və iflic 17,1 milyon insanın həyatına son qoyur. Bu da 82 % ölümün müşahidə olunduğu az və orta gəlirli ölkələrdə yaşayan insanların üzərinə düşən yükün artması ilə bağlıdır. İnsanların demək olar ki, yarısı ürək tutması və iflic də daxil olmaqla, xroniki xəstəliklərdən həyatlarının ən məhsuldar çağlarında 15-69 yaş arasında dünyalarını dəyişirlər. Vaxtından tez baş verən ölüm hallarının ən azı 80%-nin qarşısı sağlam pəhriz saxlamaq, müntəzəm olaraq idmanla məşğul olmaq və tütündən imtina etməklə alına bilər. Belə bir vəziyyətdə Dünya Ürək Federasiyası dövlət qurumlarını, peşəkar tibb işçilərini, sahibkarları və digər fərdi şəxsləri bu yükün azaldılmasına çağırır. Bu il sentyabrın 26-da qeyd ediləcək "Dünya Ürək Günü" ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatı və Dünya İqtisadi Formunun tərəfdaşlığı ilə qlobal ürək-damar xəstəliklərinin 10 illik hesabatı açıqlanacaq, Ürək Federasiyasına üzv təşkilatlar və tərəfdaşları təşkil etdikləri milli fəaliyyət, həmçinin ictimai söhbətlər, gəzintilər, konsert proqramları, idman tədbirləri vasitəsilə "Dünya Ürək Günü"nü qeyd edəcəklər".
"Dünya Ürək Günü" ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən həftə ərzində silsilə tədbirlərin həyata keçirildiyini deyən K.Musayev bu konfransın son tədbir olduğunu bildirib. O qeyd edib ki, bu həftə çərçivəsində paytaxtda yerləşən körpələr evində uşaqlar kardioloji müayinədən keçirilib, Azərbaycan Tibb Universitetində tələbələrin iştirakı ilə seminar təşkil olunub: "Eyni zamanda, həftə ərzində şəhərimizin aparıcı ticarət mərkəzlərindən bir neçəsində "Dünya Ürək Günü" ilə bağlı məlumat lövhələri yerləşdirilib, buradakı həkim-kardioloqlar tərəfindən ticarət mərkəzlərinə gələn insanlar ilkin kardioloji müayinədən keçirilib, ürək-damar xəstəliklərinin profilaktikası barədə məlumatlandırılıb. Planlaşdırılan tədbirlər zamanı Dünya Ürək Federasiyası tərəfindən hazırlanan bukletlər paylanıb, "Dünya Ürək Günü"nün afişası səhiyyə müəssisələrində, Azərbaycan Tibb Universitetində və digər ictimai yerlərdə asılıb" - deyə o əlavə edib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev artıq 10 ildir ki, dünyada "Dünya Ürək Günü"nün keçirildiyini söyləyib. Sentyabrın 26-27-də bütün dünyada bu günün qeyd olunduğunu deyən nazir müavini vurğulayıb ki, bu Dünya Ürək Assosiasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilən böyük bir tədbirdir: "Dünyanın 100-ə yaxın ölkəsində qeyd olunur. Bunun da devizi həkimlərin adından "Mən ürəklə işləyirəm"dir. Azərbaycanda da bu il ilk dəfə olaraq Ürək və Damar Cəmiyyəti tərəfindən keçirilən tədbir çox önəmlidir. Bu tədbirin keçirilməsinində profilaktik əhəmiyyəti var. İnsanlar dərk edirlər ki, hər zaman ürəyin keşiyində durmaq lazımdır. Çünki biz ən gözəl istək, arzularımızı ürəklə bağlayırıq. Ona görə də ürəyimizi qorumalı, düzgün həyat tərzi seçməli, həkimlərə düşməmişdən öncə profilaktik tədbirlərə üstünlük verməliyik. İnsanlar hər gün hərəkət etməli, yeriməlidir. Bunun üçün də Azərbaycanda gözəl şərait, parklar, idman meydançaları yaradılıb. Ona görə də bütün əhalimizi sağlamlıqlarının keçiyində dayanmağa, ürəklərindən muğayət olmağa çağırıram".
Azərbaycanda ürək cərrahiyyəsinin çox yaxşı vəziyyətdə olduğunu deyən E.Ağayev qeyd edib ki, hazırda həm Mərkəzi Klinik Xəstəxanada, həm Mərkəzi Neftçilər Xəstəxanasında, həm də regionlarımızda ürək əməliyyatları uğurla həyata keçirilir.
"Cənab prezident İlham Əliyevin sərəncamı ilə Ürək Cərrahiyyəsi Mərkəzi yaradılıb və bu günlərdə mərkəzin açılışı olacaq. Artıq bu mərkəzdə həm uşaqların, həm də böyüklərin kardio cərrahiyyəsi həyata keçiriləcək. Düşünürəm ki, yeni mərkəzə xaricdən həkim dəvət edilməsinə ehtiyac yoxdur. Artıq Azərbaycanda kardiocərrahların bir dəstəsi var və biz arzulayırıq ki, gələcəkdə bu böyük bir orduya çevrilsin", - deyə o əlavə edib.
Azərbaycan Kordiologiya Cəmiyyətinin sədri Faiq Quliyev ölkədə bu sahədə savadlı və bacarıqlı kadrların hazırlandığını söyləyib. O vurğulayıb ki, bu gün həkimlər kadr hazırlığı keçmək üçün xarici ölkələrə göndərilir və müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişirlər.
Millət vəkili Qənirə Paşayeva da paytaxtda bu tədbirin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin, dövlətin diqqətini mövcud problemlərə cəlb etməkdir. Q.Paşayevanın sözlərinə görə, bu gün bütün dünyada qəbul olunmuş qaydalar var və bunlara əsasən səbəblə daha çox mübarizə aparılır: "Bu gün ürək-damar sahəsində də çoxlu səbəblər var. Hər zaman bu səbəblərlə mübarizə aparmaq lazımdır ki, nəticələr də yaxşı olsun. Azərbaycanda son illər aparılan siyasət nəticəsində daha ciddi inkiaşf gedir. Səhiyyə sahəsində də ciddi işlər görülür və buradakı inkişaf göz qabağındadır".
Tədbirin davamında kardiologiyanın aktual problemləri, profilaktikası, bu sahədə dünyada tətbiq edilən yeniliklər və digər mövzular müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB