"Yaxın günlərdə Ürək Cərrahiyyəsi Mərkəzinin açılışı olacaq"- Açıqlama
"Bu gün Azərbaycanda barmaqla sayılacaq xəstəlik var ki, onlar ölkəmizdən kənarda müalicə olunur". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, qaraciyər köçürmə əməliyyat Azərbaycanda yeni başladığı üçün insanlarımızı əhatə edə bilmir. Onun fikrincə, bu səbəbdən də insanlar qaraciyər köçürməsi üçün ölkəmzidən kənara üz tuturlar.
"Amma əksər məsələlər, xüsusilə ürək cərrahiyyəsi Azərbaycanda çox yaxşı vəziyyətdədir. Həm Mərkəzi Klinik Xəstəxanada, həm Mərkəzi Neftçilər Xəstəxanasında, həm də regionlarımızda ürək əməliyyatları uğurla həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə Ürək Cərrahiyyəsi Mərkəzi yaradılıb və bu günlərdə mərkəzin açılışı olacaq. Artıq bu mərkəzdə həm uşaqların, həm də böyüklərin kardio cərrahiyyəsi həyata keçiriləcək. Düşünürəm ki, yeni mərkəzə xaricdən həkim dəvət edilməsinə ehtiyac yoxdur. Artıq Azərbaycanda kardiocərrahların bir dəstəsi var və biz arzulayırıq ki, gələcəkdə bu böyük bir orduya çevrilsin", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB