Nazir müavini: “Bu il 100-dən artıq həkim kadr hazılığı üçün əcnəbi ölkələrə göndərilib”
Kadrların hazırlığı Səhiyyə Nazirliyinin qarşısında duran çox önəmli bir məsələdir və bununla əlaqədar olaraq mütəmadi addımlar atılır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, hazırda ölkəmizdə səhiyyənin bütün sahələri üzrə lazım olan qədər kadrlar var.
"Ancaq yenə də Səhiyyyə Nazirliyi tərəfindən kadrlar hazırlanmaq üçün xaricə göndərilir. Bu labüddür və kadrların kənarda hazırlanması ilə əlaqədar Səhiyyə Nazirliyində xüsusi tapşırıq var. Hazırda 4 nəfər həkimiz Polşada üərk cərrahiyyəsi ilə bağlı tədris keçir. Bu il 100-dən artıq kadrlar əcnəbi ölkələrə kadr hazılığı üçün göndərilir. Təbii ki, gələcəkdə bu kadrların sayı artıq olacaq", - deyə o əlavə edib.
Müalicə-diaqnostik mərkəzlərdə kadr çatızmazlığı məsələsinə münasibət bildirən E.Ağayev vurğulayıb ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bu məsələnin həlli istiqamətində mühüm işlər görülür. Bu müalicə-diaqnostik mərkəzlərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeçiliyində olduğunu deyən nazir müavininin sözlərinə görə, ARDNŞ tərəfindən də kadr hazırlığı istiqamətində lazımi addımlar atılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB