Müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına 816, dövlət xətti ilə isə 512 azərbaycanlı xaricdə təhsil alır
Azərbaycanlı gənclərin dövlət xətti və ya müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına xaricdə təhsil almağa göndərilməsi prosesi davam edir. Təhsil Nazirliynin xarici əlaqələr, informasiya və koordinasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, indiyədək "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağa göndərilənlərin sayı 512-yə çatıb. Cari ildə isə 200 nəfərin xaricdə təhsilə göndərilməsi ilə əlaqədar işlər görülür və bu il Dövlət Proqramının icrasına 10 milyon manat vəsait ayrılıb.
Xaricdə gedənlər sayca daha çox Böyük Britaniyada təhsil alırlar. Belə ki, Böyük Britaniyaya göndərilənlər 10 nəfər təşkil edir. Bundan əlavə, proqram çərçivəsində Türkiyəyə 73, Almaniyaya 67, Fransaya 52, Rusiyaya 38, Cənubi Koreyaya 22, Niderland Krallığına 20, ABŞ-a 17, İsveçə 12, Kanadaya 11, İsveçrəyə 7, Sinqapura 6, Avstraliyaya 5, İtaliyaya 4, Avstriyaya 3, Yeni Zelandiya, Malayziya, Çexiyanın hər birinə 2, Yaponiya, İrlandiya, Finlandiya və Belçikanın isə hərəsinə 1 nəfər gənc göndərilib.
Bundan əlavə, gənclərimiz müxtəlif xarici ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali təhsil müəssisələrində oxumaq imkanları var. Bu günədək Türkiyə, Rusiya, Çin, Çexiya və b. ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis, magistr, doktorantura, tibbdə uzmanlıq və aspiranturasında təhsil almaq məqsədi ilə 816 nəfər azərbaycanlı göndərilib. Onlardan 517-si Türkiyənin, 237-si Rusiyanın, 21-i Misirin, 25-i Çinin, 8-i Koreyanın, 3-ü Çexiyanın, 3-ü Slovakiyanın, 2-si Rumıniyanın, 1-i Avstriyanın və 1-i də ABŞ-ın payına düşür.
Öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində isə 10 mindən artıq tələbə respublikadan kənarda təhsillərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB