Slovakiyanın Pan-European Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) əməkdaşlıqda maraqlıdır. Bu barədə SİA-ya UNEC-dən bildirilib.
Pan-European Universitetinin mütəxəssisləri UNEC-də reallaşdırılan layihələri yüksək qiymətləndiriblər. Onlar universitetlər arasında ikili diplom proqramının həyata keçiriləcəyini bildiriblər.
Bununla bağlı UNEC əməkdaşlarının Pan-European Universitetinə səfəri zamanı danışılıb. “Erasmus+” proqramı çərçivəsində baş tutan səfərin əsas məqsədi həmin universitetin beynəlxalq əlaqələr sahəsindəki təcrübəsini əldə etmək və daxili audit fəaliyyəti ilə yaxından tanış olmaq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB