Məktəbli formalarının modeli dəyişəcəkmi?

Məktəbli formalarının modeli dəyişəcəkmi?

“Bir çox valideyn və şagirdlər istirahətdə olduğu üçün hazırda məktəbli formalarının alınmasında sıxlıq müşahidə edilmir”. Bu fikirləri SİA-ya Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

O bildirib ki, hər il olduğu kimi, bu il də sentyabr ayının ilk on günlüyündə məktəbli formalarının satışında sürətli artım olacağı gözlənilir: Çünki, bizdə hər kəs işi son günə saxlayır. Yalnız dərslərin başlamasına az qaldıqda hamının yadına düşür ki, məktəbli forması almaq lazımdır. Bu baxımdan düşünürük ki, sentyabr ayında formaların alışında sıxlıq müşahidə ediləcək”.

Satış şöbəsinin rəisi məktəbli formalarının qiymətində heç bir dəyişikliyin olmayacağını da dilə gətirib: “Nə məktəbli formalarının modelində, nə də onların qiymətində heç bir dəyişikliyin olacağı gözlənilmir. Bütün mağazalarımızda şagirdlərimizin tələbatını ödəyəcək qədər məktəbli forması var. Mağazalarımız həftənin bütün günləri fasiləsiz işləyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə