Aydın Əhmədov: "Bu il Respublika üzrə 2826 məktəbə hazırlıq qrupu yaradılacaq"
"Avqustun 1 -dən bu günə kimi Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarında təhsil almaq üçün 9209 nəfər eıektron qeydiyyatdan keçib". SİA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ötən il ölkə üzrə 2795 qrup yaradılıb: "Keçən il 2011-ci ildə anadan olan uşaqların 55%-i bu təhsilə cəlb olunub. Bu il Bakı da daxil olmaqla 65 rayon üzrə 2826 qrupun yaradılması rəsmiləşdirilib. Bu il cəlb olunma faizinin artacağı gözlənilir. Uşaqların qruplara qəbulu mərhələləli şəkildə həyata keçirilir. Müəllimlərin seçimində IV sinifdə dərs deyən müəllimlərə üstünlük verilir".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB